"Oyundan çox razı qaldım" - Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın III turunda səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.

İspaniyalı mütəxəssis qələbəni şərh edib:

“Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda “Zirə” matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik. İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Fikrimcə, daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right