Asim Xudiyev Avroliqa matçına təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) matçının hakim-inspektoru təyin olunub.

Xudiyev Çexiyadan olan Petr Ardeleanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, “Rostov” – “Makkabi” matçı sentyabrın 24-də Rostovdakı “Rostov Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right