"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günü üçün nəzərdə tutulan 2 matç keçirilib.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edib. Görüşdə hesab açılmayıb- 0:0.

Günün son oyununda isə "Sumqayıt" "Səbail"lə qarşılaşıb. 9-cu dəqiqədə Süleyman Əhmədovun hesabı açmasıyla Gənclik şəhəri təmsilçisi önə keçib. Rəqibin futbolçusu Rauf Əliyev 21-ci dəqiqədə bərabərləşdirsə, Əli Qurbani 32-ci dəqiqədə "Sumqayıt"ın qələbə qolunu vurub- 2:1.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

19 sentyabr
 
19:15. "Sumqayıt" - "Səbail" 2:1 (İkinci hissə)

Qollar: 
Süleyman Əhmədov, 9 (1:0), Rauf Əliyev, 21 (1:1), Əli Qurbani, 32 (2:1)

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"
 

 

17:00. "Qəbələ" - "Keşlə" 0:0

Qırmızı vərəqə: 
Nikolas Raysel, 67 ("Qəbələ", ikinci sarı vərəqə)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right