"Baş məşqçimizin istədiyi kmi çalışırıq" millimizin futbolçusu

"Baş məşqçinin bizdən istədiyi kimi çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik".

Newsport.az xəbər verir ki, bu fikirləri İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı oyunçu Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları oyun barəsində də danışıb: “Mövsümə yeni başlamışıq. Daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Özümü burada yaxşı hiss edirəm. Komandaya gənc futbolçular da qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq". 

Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də evdə “Ponferradina” ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah