"Bu qələbə Norveç futbolu üçün çox dəyərlidir"

"Penaltilər seriyası gərgin keçdi. İki komanda da axıra qədər zərbələri dəqiq vurdu. Kristoffer Haugen sonuncu penaltini vuranda qol olacağından əmindim. Çünki o, özünə güvənən futbolçudur”.

Newsport.az xəbər verir ki, bu sözləri veteran futbolçu Rekdal Hyetil "Vg.no" saytına açıqlamasında sabiq komandası "Molde"nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı üstələdiyi oyun barədə danışarkən deyib.

O, bu qələbənin Norveç futbolu üçün çox əhəmiyyətli olduğunu bildirib: “Beləsi pandemiya vaxtı maliyyə baxımından vacib qalibiyyət oldu. İndi "Molde" UEFA-dan müəyyən gəlir götürəcək. Çempionlar Liqasının qrupuna düşsələr, möhtəşəm olacaq".

Qeyd edək ki, əsas vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında rəqibinə 5:6 hesabı ilə uduzan "Qarabağ" yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah