Millimizin mövqeyi dəyişdi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, hesabat dövründə keçirilən oyunlar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Millimiz  ötən ayla müqayisədə 1179 xalla 2 pillə irəliləyərək 112-ci sıraya yüksəlib.

 Millətlər Liqasında evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazinin baş məşqçisi olduğu komanda  1179 xalla 112 pillədə qərarlaşıb. Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdür (1712).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right