"Karyeramın ən önəmli qurtarışını etdim" "Molde"nin qapıçısı

“Bir az arxayın idim, çünki penaltilərin sayını itirmişdim, buna görə də sonuncu zərbənin həlledici olub-olmadığını bilmirdim. Ancaq komanda yoldaşlarım mənə tərəf qaçmağa başladıqda bunu tez başa düşdüm”.

Newsport.az xəbər verir ki, bu sözləri “Molde”nin qapıçısı Andreas Linde Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində qazanılan qələbəni şərh edərkən deyib. O, daha sonra belə davam edib:

“Qalib gəldiyimizi biləndə inanılmaz sevincə qapıldım. Karyeramın ən əhəmiyyətli qurtarışını etdim".

 Qeyd dək ki, “Molde” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”la qarşılaşacaq. “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right