"Komandam bütün ruhunu meydanda qoydu"

“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı”.

Newsport.az xəbər verir ki, bu sözləri “Molde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

O, hədəflərinin qrupa düşmək olduğunu söyləyib: “Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.

Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi. Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.

Xatırladaraq ki, Norveç çempionu "Qarabağ"ı penaltilər seriyasında üstələyərək (6:5) pley-offa yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right