"Qalatasaray" rəsmisi "Neftçi" oyunundan danışdı

"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".

Newsport.az xəbər verir ki, bu sözləri  "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

O, hədəflərinin növbəti mərhələyə yüksəlmək olduğunu bildirib: “Mövsümə qələbə ilə başladıq. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu ilk oyunda yaxşı çıxış etdilər. Bunlarla yanaşı, heyətə yeni oyunçular da cəlb ediləcək”.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah