Səfərdə 70-ci Qurbanovdan ilk

Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub. Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib.
 
Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.
 
Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qoluna imza atıb. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. Komanda 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.
 
Qeyd edək ki, “Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah