KİV: "Qalatasaray" Bakıda bu "11-liy"lə mübarizə aparacaq

Avropa Liqasının II tənifat mərhələsində təmsilçimiz “Neftçi”nin rəqibi olan “Qalatasaray” klubu oyunun hazırlıqlarını davam etdirir. Newsport.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, “sarı –qırmızılar”ın Bakıdakı matça çıxacağı əsas heyət artıq bəllidir.

Bildirilir ki, “Neftçi” ilə qarşılaşmada  İstanbul klubunun qapısını Fatih Öztürk qoruyacaq. Müdafiədə Omar Elabdellaui, Rayan Donk, Markao, Marselo Saraççi yer alır.

Terim mərkəzdə Taylan Antalyalı və Yunis Belhandaya forma verəcək. Yarımmüdafiədə isə Rayan Babel, Sofyan Fequli və Emre Kılınç mübarizə aparacaq.

 Komandanın qol ümidi isə Mbaye Dian olacaq.                             

Xatırladaq ki, Super Liqanın II turunda “Başakşəhər”lə qarşılaşacaq “Qalatasaray”da baş məşqçi Fatih Terimin təsnifat oyununda rotasiya edəcəyi vurğulanıb. Təcrübəli mütəxəssisin bu görüşdə komandanın əsas üzvləri Arda Turan və Radamel Falkaonu ehtiyatda saxlaması gözlənilir.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakı Olimipya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right