“Bu bizim üçün narahatlıq yaratdı” Qurban Qurbanov

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq “Qarabağ” Kiprə yola düşüb.

Newsport.az xəbər verir ki, hava limanında komandanın baş məşqçisi Qurban Qurbanov “Xəzər TV”yə açıqlama verib.

Təcrübəli çalışdırıcı matçın yerinin dəyişdirilməsinin komandanın hazırlığına təsir etdiyini bildirib: “Stadionun yerinin dəyişdirilməsi barədə gec məlumat verdilər. Amma 1 həftə qalmış dedilər və bu bizim üçün narahatlıq yaratdı”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” matçı ilk püşkatma zamanı Bakıda keçirilməli idi. Lakin qarşı tərəfin müraciətindən sonra pandemiya problemləri əsas gətirilərək qarşılaşma neytral meydana keçirildi. Oyun sabah Kiprin Larnak şəhərindəki stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right