Terim “Neftçi”nin güclü və zəif tərəflərini futbolçularına göstərdi

“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə qarşı keçirəcəyi oyuna hazırlığını davam etdirir.

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim Bakı təmsilçisinin güclü və zəif tərəflərini təhlilərlə futbolçularına başa salıb.

Super Liqanın ilk turunun “Qaziantep”lə matçında (3:1) göstərilən oyun və qazanılan qələbə “ağ-qaralar”la matç öncəsi məşqçilər heyətini sevindirib. Bundan başqa, həmin görüşdə zədələnən Emre Kılınçın durumunun ciddi olmadığı və Azərbaycan təmsilçisinə qarşı oynaya biləcəyi vurğulanıb.

Yarımmüdafiə xəttini gücləndirmək üçün transfer işlərini də davam etdirən İstanbul klubu Lissabon”Sportinq”inin futbolçusu İdrissa Dumbiya ilə yaxından maraqlanır. “Cim-Bom” Fil Dişi Sahilindən olan 22 yaşlı yarımümdafiəçini icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right