"Sabah"dan mövsümdə ilk

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
 
Newsport.az xəbər verir ki,  bu, II turun son görüşünə təsadüf edib.
 
“Sabah” “Qəbələ”yə qarşı ev oyununda 3 cavabsız qol vurub. Bu görüş paytaxt təmsilçisinin Premyer Liqada 50-ci matçı olub. 2018/19 mövsümündə 28, ötən çempionat 20 görüşə çıxan bakılılar 2-ci turda 50-yə çatıb.
 
“Sabah” bu matçlarda 13 qələbə qazanıb, 12 heç-heçə edib və 25 dəfə uduzub. Coşqun Diniyevin “Qəbələ”nin qapısından keçirdiyi top paytaxt təmsilçisinin Premnyer Liqada yubiley – 40-cı qolu olub. Hesabında 42 top olan bakılılar 70 qol buraxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right