"Neftçi"nin məğlubiyyətsizlik seriyası qırıldı

"Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Newsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub.
 
Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 oyunda qələbə qazanıb, 4 matçda heç-heçə edib.
 
Bütün turnirlər nəzərə alınmaqla isə son məğlubiyyət ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra məğlubiyyət alıb. Ardıcıl 9 görüşdə yenilməyən paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.
 
Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən üçü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbəyə şahid olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right