"Bakıdan yaxşı nəticə ilə qayıdacağımızı gözləyirəm"

"Yaxşı və gözəl oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik. Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Bu əzmlə, bu istəklə yolumuza davam edəcəyik".

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Superliqasının 1-ci turunda "Qaziantep"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç haqda da qısa danışıb: "Çərşənbə günü Bakıda gedəcəyik. Oradan da yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right