Elvin ehtiyatda qaldı, “Şkupi” uduzdu

Futbol üzrə Şimali Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Vardar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Elvin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Şkupi” 5 oyuna topladığı 10 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right