"Neftçi"də yeni məşqçi

"Neftçi-2”nin məşqçilər korpusuna yeni təyinat olub.

 

Newsport.az-ın məlumatına görə, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

 

Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb, "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right