"Sabah"la "Qəbələ"nin 12-ci dueli

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq. 

 

Newsport.az-ın məlumatına görə, turun son oyununda “Qəbələ” meydana çıxacaq.

 

Mövsümdə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” “Sabah”ın qonağı olacaq. Görüş Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək.

 

Bu qarşılaşma iki komanda arasında 12-ci duel olacaq. İlk dəfə 2018/19 mövsümündə görüşən rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Bunlardan yeddisi Premyer Liqa, dördü Azərbaycan kubokuna təsadüf edib.

 

“Qəbələ”nin 7 dəfə qalib gəldiyi matçlarda bakılılar 3 qələbə qazanıbsa, bir matçda heç-heçə qeydə alınıb. Əyalət təmsilçisi rəqib qapısına 15 qol vurub, 9-nu buraxıb. Bu qarşılaşmalarda “qırmızı-qaralar”ın ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

 

Premyer Liqadakı oyunlarda hər komanda 3 dəfə qalib gəlib, 1 matç sülhlə başa çatıb. Rəqiblər hərəyə 7 dəfə qol sevinci yaşayıb. “Qəbələ” səfərdəki 6 görüşdə 4 dəfə qaib gəlibsə, 2 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi qonaqların xeyrinədir – 8:6.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah