Aftandil Hacıyev: "Futbolçularda ruh düşkünlüyü oldu"

Azərbaycan Premyer Liqasının II turuna keçirilən “Səbail” – “Zirə” (1:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məçqçisi Aftandil Hacıyev matç barədə fikirlərini bildirdi...

"Bu gün maraqlı oyun izlədik. Hər iki komanda çox qol epizodları yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. "Zirə"nin heyəti bizdən qat-qat genişdi. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi.

Bu gün Peyman Keşavarza şans vermədik, bizim mərkəz müdafiəçimiz azdı. Urfanı bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək. Urfan Abbasov "Qəbələ" klubunda müdafiədə çıxış edib.


Rauf Əliyevi həmişə penaltini vuran oyunçu kimi tanımışıq. Qapıçı penaltini dəf etdi, bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right