"Zirə" "Səbail"ə qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında bu gün 2-ci turun daha 1 oyunu keçirilib.

Newsport.az xəbər verir ki, "Səbail" doğma meydanda "Zirə" ilə qarşılaşıb. “ASCO Arena”da oynanılan görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Bununla da, "Zirə" baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi qələbəsini qazanıb.

 

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Xatırladaq ki,  çempionat oyunlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.

12 sentyabr (şənbə)

19:00. “Səbail”– “Zirə” - 1:2
Qollar: 
Volkov, 47 (0:1), Ruslan Qurbanov, 67-pen (0:2), Urfan Abbasov, 80-pen (1:2)
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right