"Molde"yə qarşı daha yaxşı formada olacağıq" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında II turun “Keşlə” – “Qarabağ” oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfranslnda qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Heç də asan olmadı. Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qaşrı oynadıq. Hər bir futbolçumuza qaşrı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə qarşı qarşılaşacağıq. Ümid edirəm ki, həmin matçda daha yaxşı formada olacağıq.

 

- Xayme Romeronu meydanda görmədik. Bədavini erkən əvəzlədiz, Mahir isə zədələndi...
- Bədavidə ehtiyatlandıq. Yorğunluğu var idi. Mahirin əvəzlənməsi planlarımıza daxil deyildi. Bədavini meydanda saxlaya bilərdik, amma risk etmək istəmədik. Xayme son iki gündə əvvəlki kimi məşq edib. Sabah və ya biri gündən komanda ilə məşqlərə qoşulacaq. Qarşıdakı oyuna tam hazır olmayacaq. Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik.

 

- UEFA-nın “Molde”yə qaşrı matçı neytral meydana salması komandanın motivasiyasına necə təsir edir?
- Motivasiya yüksək olmalıdı. Belə qərarlar bəzən motivasiyanı verir, bəzən də əksi baş verir. Belə qərar verilməsəydi, daha rahat olardı. Bizə təsir edən odu ki, oyuna az vaxt qalmış belə qərar oldu. Biz düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Ancaq sonra belə qərar verildi. Başqa çıxış yolumuz yoxdu. Komandaya yüksək motivasiya verməyə çalışırıq. Bəzən də bu, futbolçulara mane olur və komandaya ziyan verir. Motivasiya olsun, amma bizə lazım olan qədər. Buna da şübhəm yoxdu.

 

- İlk hissədə rəqibin iki yaxşı qol imkanı var idi. Şahruddin bunların birindən sonra dedi ki, uşaqlar, qol buraxmamış oynamayacaqsız? Buna münasibətiniz necədi?
- Haçansa ola bilər ki, belə hal yaşanıb və onun beynində qalıb. Məncə, normaldı. Futbolda belə şeylər olur. Bəlkə də, bunun faydası olub. Belə iradlar da lazımdı.

 

- “Molde” “Qarabağ”la oyun üçün 8 hücumçu sifariş edib..
- Hücumçuları çloxdu, amma meydanda 1-2-3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Ola bilər ki, hansısa cavan oyunçuları var. Bu məsələni çox düşünməyəcəyik. Meydana çıxacaq oyunçulara qarşı düzgün oyun qurmağa çalışacağıq.

 

- Qurban Qurbanovun oğlu yox, futbolçu Musa Qurbanovu bu mövsüm meydanda görə bilərikmi?
- Ola bilər. Eləcə də digər gənc futbolçularımız oynayya bilər.

 

- Yaxın günlərdə yeni transfer olacaq?
- Hazırda belə bir futbolçu yoxdu. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni trensfer olsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right