Fransa klubu millimizin futbolçusunu istəyir

Azərbaycan U-21 millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər. Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Lill” 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Liqa1 təmsilçisinin idman direktoru Luis Kampos oyunçu ilə maraqlandıqlarını təsdiqləyib. O, Türkiyədə daha 4 futbolçunu izlədiklərini bildirib.

Qeyd edək ki, Mustafa Yıldırım  U-21 millimizin AVRO-2021-in seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçirilən Azərbaycan - Fransa matçının ikinci hissəsində iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right