AFFA-dan ayrılan məşqçi Qanada çalışa bilər

Qana Futbol Assosiasiyası  bir vaxtlar Azərbaycanda çalışmış Bernard Lipperti qruma texniki direktor vəzifəsinə təyin etməyə hazırlaşır. Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis həmin işi icra edən Fransis Otini əvəzləyəcək.

Federasiya rəhbərliyi sözügedən post üçün 100-dən çox məşqçini siyahıya alıb. Onlardan 6-sı həmin vəzifəyə namizəd qalıb. 

Xəbərdə Lippertin texniki direktor olmağa yaxın olduğu bildirilir. Tərəflər arasındakı danışıqların müsbət irəlilədiyi vurğulanıb.

Qeyd edək ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernhard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right