Rıdvan Dilmen: "Qalatasaray" ötən mövsümlə müqayisədə zəifləyib"

Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu və şərhçi Rıdvan Dilmen "Qalatasaray"ın transfer siyasətini tənqid edib. 

Newsport.az-ın məlumatına görə, 58 yaşlı keçmiş yarımmüdafiəçi NTV-dəki çıxışında İstanbul təmsilçisinin hazırda zəif heyətə malik olduğunu bildirib.

Dilmen "sarı-qırmızılar"da komandaya gələnlərdən çox gedənlərin müzakirə olunduğunu vurğulayıb: "Gələn və gedən futbolçulara baxanda "Qalatasaray"ın ötən mövsümə nisbətən daha zəif heyətinin olduğunu görürük. Yəqin ki, Fatih Terimin əlində siyahısı var, amma transferlərdə gecikiblər". 

"Qalatasaray" yay fasiləsində Selçuk İnan, Maykon, Adem Büyük, Yuto Naqatomo, Mariano, Florin Andone, Henri Onyekuru, Mario Lemina və Jan Seri ilə yollarını ayırıb. Əvəzində "sarı-qırmızılar" Arda Turan, Emre Kılınç, Fatih Öztürk, Omar Elabdellaui, Oğulcan Çağlayan və Oqenekaro Etebonu heyətinə qatıb. 

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right