"Neftçi" uduzdu, "Qarabağ" xal itirdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilir.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq.

11 sentyabr (cümə)

Azərbaycan Premyer Liqası

II tur

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2 
Qol: 
Əli Qurbani, 14. 46
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakcell Arena

21:00. “Keşlə” – “Qarabağ” 0-0
Hakimlər
: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
ASK Arena

Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right