"Neftçi"nin əsas komandasının büdcəsi açıqlandı

“Neftçi" klubunun bu mövsüm üçün xərcləri azalıb.

Newsport.az xəbər verir ki, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib.

O bildirib ki, əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Klub rəsmisi “Neftçi”nin Avropa Liqasında mərhələ keçəcəyi təqdirdə, bu rəqəmə çatacaqlarını vurğulayıb.

Bununla yanaşı, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right