"Qəbələ”də köhnə klubundan çox qazanacaq

“Qəbələ”nin yeni transferi Vinko Medimoreç əyalət təmsilçisinə havayı başa gəlib. Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu yeni klubuna azad agent statusu ilə qoşulub.

Mərkəz müdafiəçisinin “Slaven”i pulsuz tərk etməsi klub rəhbəərliyini tənqid olunmasına səbəb olub. Xəbərdə o da bildirilib ki, Medimoreç “Qəbələ”də Xorvatiya klubundakı maaşından daha çox qazanacaq.

Qeyd edək ki, futbolçu "qırmızı-qaralar"la 1+1 illik müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right