“Molde” rəsmisi: "UEFA-nın qərarına sevinirik"

Norveçin “Molde” klubunun direktoru Ole Erik Stavrum UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.
 
Newsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunun ən yaxşı həll yolu olduğunu söyləyib.
 
Onun sözlərinə görə, Kipr pandemiya baxımından sarı zonadır və gediş-gəliş zamanı komanda üzvləri karantinə alınmayacaqlar:
 
“Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Çünki uçuş və otel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".
 
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right