Premyer Liqa hakimləri test verdi

Bu gün Bakı Olimpiya Stadionunda Premyer Liqa oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.

Test iki hissədən ibarətdir:
Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) - 10 dövr
 
Sabah Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:
 
Test-1 (CODA),
Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right