"Qəbələ" xorvatiyalı müdafiəçi transfer etdi

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində Cavid Hüseynov, Yurgen Qoxa və Stefan Vukçeviçi də heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right