"Azərbaycanla oyun birincidən fərqli olacaq" Yohan Valem

“Monteneqroya qarşı zəmin yaratdıq, bəzi müsbət məqamları gördük”.

Newsport.az saytının məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunla bağlı danışarkən deyib.

Bu gün təşkil edilən mətbuat konfransında yerli jurnalistlərin suallarını cavablandıran 48 yaşlı mütəxəssis məqsədlərinin qələbə qazanmaq olacağını deyib: “Azərbaycanla oyun birincidən fərqli olacaq. Bu görüş vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik. Monteneqro (0:2) ilə qarşılaşmadan sonra futbolçuların üzündəki məyusluğu gördüm. Bu, onların qələbəni nə qədər arzuladıqlarından xəbər verir. Azərbaycanla görüşdə kimin meydana çıxacağına sabah qərar verəcəyik”.

Valem Millətlər Liqasının inkişaf etmək üçün əla fürsət olduğunu düşünür: “İşlər bir gecədə dəyişə bilməz. Bunun üçün vaxt və səbr lazımdır. Millətlər Liqasının bizim üçün nə demək olduğunu başa düşürük. Realist olmalıyıq, bu turnir vasitəsilə inkişaf etmək istəyirik. Futbolda unutmamalı olan ilk şey qələbə qazanmaq üçün oynamaqdır. Bunu unutsan, başqa peşəyə yönəlməlisən. Monteneqro ilə görüşdə qələbə qazanmaq istəyirdik. Heç-heçə də edə bilərdik”.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right