"Videoları izlədim və arzumu gerçəkləşdirdim" "Səbail"in legioneri

"Danışıqlar bir neçə müddət davam etdi. Videoları izlədim və arzumu gerçəkləşdirdim". 

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in yeni transferi Nikolas Hagen ESPN-ə açıqlamasında deyib. 24 yaşlı qapıçı maddiyyatın onun üçün az əhəmiyyət kəsb etdiyini bildirib:

“Azərbaycanda artıq mövsüm başlayıb. Karyeramda irəli getmək və böyümək istəyirəm. “Səbail”də buna nail olacağıma inanıram. Burada sürətli futbola və topa sahib olmağa üstünlük verirlər. Demək olar ki, komandaların gücləri bərabərdir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ölkəmin adını uca tutmaq üçün çalışacağam".

Qeyd edək ki, Nikolas Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right