Azərbaycan millisi Fransaya məğlub oldu Yenilənib

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Newsport.az xəbər verir ki, yığmamız Fransa komandasını qəbul edəcək.

Saat 21:00-da başlayacaq görüş Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq.  

Türkiyəli hakim Halis Özkahyanın idarə edəcəyi görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

 

Avropa çempionatının seçmə mərhələsi, II qrup

 

21:00. Azərbaycan - Fransa - 1:2

Qollar: Tural Bayramlı, 90 - Odson Eduar, 25 (pen.), Amin Qouri, 84

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)

Sumqayıt. “Kapital Bank Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right