"Oyun başlayanda özümüzə inanmırdıq" - Maksim Medvedev

Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin kapitanı Maksim Medvedev açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi millinin biabırçı məğlubiyyətini şərh edib:

 

"Oyuna yaxşı hazırlaşırıdıq. Gündə iki dəfə məşq edirdik. Hər şeyin üzərində işləyirdik. Meydanda baş məşqçinin tapşırıqlarını icra etməyə çalışdıq. Oyun başlayanda özümüzə inanmırdıq. Ancaq bir az keçəndən sonra nəsə alınmağa başladı. Təəssüf ki, o qədər əziyyətdən sonra komanda yoldaşım qırmızı vərəqə aldı.

 

Ola bilsin ki, gəncdir, emosiyalarına nəzarət edə bilmir. Bu, onun üçün dərs olacaq. Mahir Emreli komanda yoldaşımızdır və hamı onunla dostluq edir. Başa düşürük ki, bu hadisə oldu və geridə qaldı. Komanda yoldaşımın qırmızı vərəqə almasına özüm də pis olmuşam. Yəqin ki, gələcəkdə belə hadisə bir də olmayacaq. 10 nəfərlə qalsaq da, qol vurduq və daha çox motivasiya olduq. İlk hissədə hesabı qoruduq.

 

İkinci hissə başlayanda diqqətsizlik oldu və hesab bərabərləşdirdi. Başa düşdürdük 10 nəfərlə sona qədər oynamaq bizə çətin olacaq. Buna baxmayaraq, kimin nə gücü var idisə, meydanda qoydu və uşaqlara təşəkkür edirəm. Təəssüf ki, sonrada ikinci qolu da buraxdıq. Bu oyunla bağlı baş məşqçinin analizləri çox olacaq. Baxacağıq və çatışmayan cəhətlərin üzərində işləyəcəyik.

 

Sabah Kiprə yola düşəcəyik. İlk növbəti Kiprlə oyun öncəsi psixoloji durumu yerinə qoymaq lazımdır. Komandamız gəncdir, yeni oyunçular var. Onları toparlayıb, 3 gün sonra Kiprdə meydana buraxmaq baş məşqçinin işidir. İnanıram ki, uşaqlar peşəkardırlar və bu vəziyyətdən çıxışı bilirlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right