"Qırmızı vərəqə oyun planlarımızı təmiz dəyişdi" - Namiq Ələsgərov

Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərov açıqlama verib.

 

Newsport.az xəbər verir ki, millinin yeganə qolunun məhsuldar ötürməsini edən vuran 25 yaşlı futbolçu oyundan narazı qaldığını deyib:

 

"Oyun pis keçdi. Yaxşı hazırlaşmışdıq və qələbə üçün meydana ayaq basdıq, ancaq təəssüf ki alınmadı. Gözləmədiyimiz anda qırmızı vərəqə aldıq və bu da oyun planlarımızı təmiz dəyişdi. Sevinirəm ki, məhsuldar ötürmə ilə yadda qaldım, ancaq bunun təəssüf ki, əhəmiyyəti qalmadı. Çünki biz uduzduq, amma qələbə arzulayırdıq. İndi bu oyunu unudub, Kiprlə matça ciddi hazırlaşmalıyıq. Hər şey edəcəyik ki, tez bərpa olunaq və Kiprə qarşı səfərdə yaxşı mübarizə aparaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right