"Komandanın oyunundan razı deyiləm" - Ramil Şeydayev

Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin hücumçusu Ramill Şeydayev açıqlama verib.

 

Newsport.az xəbər verir ki, millinin yeganə qolunu vuran 24 yaşlı futbolçu oyundan narazı qaldığını deyib:

 

"Nə öz, nə də komandanın oyunundan razıyam. Bilirəm ki, çox pis oynadıq. İndi bu qarşılaşmanı unudub, analiz edib, növbəti matçlara köklənməliyik. Nə etmək olar? Çox üzgünük".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right