Azərbaycan – Fransa görüşünün hakimləri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi start götürür.
 
Newsport.az xəbər verir ki, millimiz sentyabrın 7-də Sumqayıtda Fransa yığması ilə qarşılaşacaq.
 
“Kapital Bank Arena”da keçiriləcək görüşü türkiyəli hakimlər idarə edəcək. Belə ki, baş hakim Halis Özkahyanın köməkçiləri Kerem Ersoy, Serkan Olguncan və Alper Ulusoy olacaq. Matçın hakim-inspektoru rumıniyalı Augustus Konstantin (Rumıniya) olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right