“Neftçi” və “Kəpəz”in keçmiş futbolçusu vəfat etdi

“Neftçi” və “Kəpəz”in veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

 

Newsport.az-ın məlumatına görə, keçmiş futbolçu 58 yaşında gözlərini əbədi yumub. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

 

Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. Mirzəyev “Kəpəz”in baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right