"Dinamo"nun futbolçusu "Qarabağ"ı zəif sayır

"Komandamız üçün hər şeyin gözlənilmədiyi kimi baş verib".

Neswport.az xəbər verir ki, bu sözləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Damyan Daniçiç yerli "Sportske Jutarnji" nəşrinə müsahibəsində UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

20 yaşlı yarımmüdafiəçi mərhələ adlayacaqları təqdirdə, ən asan rəqiblərdən biri ilə qarşılaşacaqlarını bildirib: "Ən çətin oyunumuz II təsnifat mərhələsində Rumıniya ÇFR-inə qarşı oldu. Penaltilər seriyasında mərhələni keçməyi bacardıq. Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyimiz təqdirdə, pley-offda bizi ən zəif rəqib gözləyəcək. Oyuna əsl komanda kimi köklənsək, hər şey özümüzdən asılı olacaq".

 Xatırladaq ki, pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları idə 29-30 sentyabrda oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right