"Qarabağ"ın istədiyi qapıçıya İtaliyadan təklif var

“Sampdoriya”nın qapıçısı Vid Belletsin Azərbaycana keçidi baş tutmaya bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, qolkiperə İtaliya klubundan  təklif var.

“Qarabağ”ın maraq dairəsində olan oyunçu B seriyasında çıxış edən “Salernitana” klubunun hədəfindədir. Sloveniyalı ötən mövsümü Kiprin APOEL komandasında çıxış edib.

“Sampdoriya” ilə müqaviləsi davam edən Belletsin yaxın günlərdə karyerası ilə bağlı qərarını verəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın 30 yaşlı qapıçı ilə 2+1 illik müqavilə şərtləri ilə anlaşdığı iddia edilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right