Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Kris Kavanaqa yan xətt hakimləri qismində Daniel Riçard Kuk və Sian Massey yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right