Kipr millisində daha bir itki

Kipr millisinin UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycanla qarşılaşacaq görüşlər üçün heyətində ciddi itkilər var. Newsport.az xəbər verir ki, komandanın hücumçusu Pieros Sotirou zədə səbəbindən sıradan çıxıb.

27 yaşlı oyunçu millinin dünənki məşqinin bir hissəsində iştirak edə bilib. Baş məşqçi Sotirounun Monteneqro ilə görüşə qədər tam sağalacağına ümid edir.

Xatırladaq ki, Kipr millisinin yarımmüdafiəçiləri Giorqos Efrem və Aleks Qoqiçin də qarşıdakı oyunu buraxacağı bildirilir.

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini Nikosiyada qəbul edəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right