Millimizlə oyundan öncə iki ciddi itki

Futbol üzrə Lüksemburq yığması UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itkilərlə üzləşib.
 
Newsport.az "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın 3-cü liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.
 
20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı oyunçu ilə yanaşı, portuqaliya əsilli Jerson Rodriqes də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right