Millimizin rəqibi Bakıya heç-heçə ilə gəlir

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yığması yoxlama oyunu keçirib.

Newsport.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Saarbrükken”lə qarşılaşıb.

“Jozi Bartel” stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz tərk ediblər – 0:0.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right