"Qarabağ"a potensial rəqib olan "Dinamo"nun baş məşqçisi "Püşkün nəticəsindən razı qalmayılıq"

"Püşkatmadan razı qalmalıyıq. Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma hazırkı vəziyyətdə püşkün nəticəsi bizi qane edir". Newsport.az xəbər verir ki, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

 

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 49 yaşlı mütəxəssis bildirib ki, hər şey öz əllərindədir: "Rumıniyada ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penaltilər seriyasından sonra mərhələ adlamaq hər zaman xoşdur. Eyni zamanda çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik. Hələlik pley-off mərhələsindəki potensial rəqibləri şərh etmək istəmirəm. Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq".

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları bir həftə sonra oynanılacaq.

"Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right