"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi bilindi Yenilənib

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Neftçi” – “Qalatasaray” oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right