“Qalatasaray”ın oyunu ləğv edildi

“Qalatasaray”ın “Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.

Newsport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə sentyabrın 5-də keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı diqqətə çatdırılıb. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır.

Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Bu komandalar arasındakı oyun sentyabrın 17-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right