"Sabah" "Sumqayıt"la qarşılaşacaq

Azərbaycan Premyer Liqasının II turuna hazırlıqları davam etdirən “Sabah” yoxlama oyunu keçirəcək.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi “Sumqayıt”la üz-üzə gələcək. Sentyabrın 5-də “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” II tur matçını sentyabrın 13-də öz meydanında “Qəbələ”yə qarşı keçirəcək. Komanda ilk turda “Qarabağ” 0:2 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right