"Lavala qarşı oyunda təkcə "Qalatasaray" deyil, Serxio Ramos da əziyyət çəkər"

"Neftçi"nin yeni transferi Yusuf Lavalın agenti olan Aykut Culdan Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az saytının məlumatına görə, türkiyəli agent “ağ-qaralar”ın "Qalatasaray"  üçün asan yem olmadığını bildirib:

"Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən böyük iki klubundan biridir. Onlar "Qalatasaray"la "Fənərbaxça" kimidirlər. Orada çempionatın ikinci turu başlayacaq. Komandalar fiziki cəhətdən hazır vəziyyətdədirlər. "Qalatasaray" bu mənada çətinlik çəkəcək. Əlbəttə, "Neftçi" "Qalatasaray" səviyyəsində komanda deyil. Amma əmin olun ki, çox yaxşı mübarizə aparacaqlar”.

Culdan "Neftçi"nin yeni transferi Lavalı xüsusi fərqləndirib: "Neftçi"nin çox sayda sürpriz oyunçuları var. Bunlardan biri də Lavaldır. Onu böyük ümidlərlə "Neftçi"yə gətirdik. Yusufa çox güvənirəm. Özünüz də görəcəksiniz. Lavala qarşı oyunda təkcə "Qalatasaray" deyil, Serxio Ramos da əziyyət çəkər, onunla asanlıqla bacara bilməz. Bu dərəcədə yaxşı futbolçudur. İstərdim ki, "Qalatasaray"a qol və ya qollar vursun".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right